AZ

Paşinyan Vardanyan üzərindən vuruldu Erməniləri qorxuya salan təxribat

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın Armavir vilayətinin Parakar icmasının sədri və dostunun dəhşətli qətli bütün ölkədə narahatlıq doğurub. Öldürülən şəxs Bakıda mühakimə olunan erməni əsilli oliqarx Ruben Vardanyanın sponsorluğu ilə yaradılan partiyanın üzvü olub. Həmçinin mart ayında keçirilən bələdiyyə seçkilərində hakim Mülki Müqavilə Partiyasının namizədinə qalib gəlib.

Müxalifət isə hadisənin sui-qəsd olduğunu iddia edir və bu məsələdə Ermənistanın Baş naziri Nikol Paşinyanı günahlandırır.

Ermənistanda nə baş verir? Bu qətlin arxasında həqiqətən Paşinyan var, yoxsa, ona bir mesajdır?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Ermənistan hökumətinin hazırda tutduğu siyasi kurs respublikanın keçmiş liderlərini narahat edir:

“Onlar baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı birləşiblər və açıq mübarizə aparırlar. Rusiyanın siyasi dairələri də erməni müxalifətinə ciddi dəstək göstərir. Bu proseslərin əsas məqsədi 2026-cı il parlament seçkilərində Paşinyana qalib gəlməkdir.

Seçkilər yaxınlaşdıqca bu kimi hadisələrin yaşanması gözləniləndir. Son zamanlar baş verən bəzi qətllərdə müxalifət Paşinyan hakimiyyətini ittiham edir. Lakin yekun istintaq nəticələri məsələni daha da aydınlaşdıracaq. Hadisələrin təxribat xarakteri daşıması ehtimalı da istisna edilmir. Müxalifət hakim partiyanı məsuliyyətli göstərməyə çalışır.

Elşad Həsənov

Politoloq bildirib ki, ölkədə vəziyyəti qarışdırmaq istəyən qüvvələr mövcuddur:

“Onlar seçkilərə qədər Paşinyanı hakimiyyətdən devirməyə cəhd edirlər. Hazırkı hökumət isə Avropa İttifaqına inteqrasiya kursunu seçib. Ermənistan rəsmiləri yaxın zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaqları barədə açıqlamalar veriblər. Bununla belə, rəsmi İrəvan Rusiyanın qəzəbinə tuş gəlmək istəmir və balanslaşdırılmış siyasət aparmağa çalışır.

Nikol Paşinyan Moskvaya səfər edib. Rusiya isə Ermənistanı öz təsir dairəsindən çıxarmaq istəmir və bu istiqamətdə bütün imkanlarından istifadə etməyə hazır görünür. Lakin Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyan siyasi seçimini artıq çoxdan edib”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
globalinfo.az

2Mənbələr