AZ

Azərbaycanlı hakimə UEFA-dan təyinat

FİFA referisi Kamal Umudlu Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo-Minsk" (Belarus) oyununun baş hakimi olacaq.

"Football-plus.az" xəbər verir ki, Kamal Umudluya yan xətdə Namik Hüseynov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını isə qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Seçilən
0
8
football-plus.az

10Mənbələr