AZ

Həkimi olmayan bölgə klubu cərimələndi

Bu gün AFFA İntizam Komotəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda II Liqanın III turunun oyunları ilə bağlı aşağıdakı  qərarlar qəbul olunub:

22.09.2025-ci il tarixində II Liqada III turun “Quba” – “’Şəmkir” oyununun 46-cı dəqiqəsində “Quba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Quba” komandasına xəbərdarlıq edilsin (maddə 86.3, 20);

22.09.2025-ci il tarixində II Liqada III turun “Şirvan” – “’Göygöl” oyununda “Göygöl” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (maddə 86.12);

22.09.2025-ci il tarixində II Liqada III turun “Şirvan” – “’Göygöl” oyununda “Göygöl” komandasının həkimi olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68)

23.09.2025-ci il tarixində II Liqada III turun “Kür-Araz” – “’Araz Saatlı” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23.09.2025-ci il tarixində II Liqada III turun “Sheki City” – “Qaradağ Lökbatan” oyununun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 6 nömrəli futbolçusu İsa Zeynallı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

23.09.2025-ci il tarixində II Liqada III turun “Sheki City” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndi pozulduğuna görə “Sheki City” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68).

saytlarin hazirlanmasi

Seçilən
3
1
sportal.az

2Mənbələr