AZ

Orban Trampa Rusiya haqda nə deyib?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampa izah edib ki, Rusiya ilə enerji əməkdaşlığının davam etdirilməsi Budapeştin gələcəyi və enerji təhlükəsizliyi üçün çox vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın baş nazirinin aparat rəhbəri Qergeli Qulyas deyib.

O qeyd edib ki, Orbanla Tramp arasında söhbət sentyabrın 24-də axşam baş tutub.

Sentyabrın 23-də Ağ Ev rəhbəri bildirib ki, o, Macarıstandan Rusiya neftini almağı dayandıracağını gözləyir.

Tramp bu barədə ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr