AZ

MOK ilə Beynəlxalq Konkisürmə Birliyi arasında əməkdaşlıq gücləndirilir

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Konkisürmə Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.Bildirilib ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim, prezidentin köməkçisi Kayl Çoi, baş direktor Kolin Neil Smit, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və federasiyanın fiqurlu konkisürmə üzrə idman direktoru İqor Lukanin iştirak ediblər.Görüşdə Azərbaycanda qış idman növlərinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında ölkəmizdə qış idman növlərinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycanın Olimpiya ailəsində mövqeyini daha da möhkəmləndirməsinin və beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Çıxışında həmçinin belə qarşılıqlı əlaqələrin yeni imkanların açılmasına, idmançıların beynəlxalq yarışlarda təcrübə qazanmasına və ölkənin tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.MOK-un baş katibi Azər Əliyev isə qış idman növləri üzrə yerli mütəxəssislərin azlığını diqqətə çatdırıb:“Hazırda yerli idmançılar kifayət qədər deyil. Əsas problem mütəxəssislərin çatışmazlığıdır. Lakin buna baxmayaraq, ölkəmizdə Səbinə Əliyeva, Leyli Axundova və digər gənc idmançılar yetişir”. O əlavə edib ki, Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına, 2027-ci ildə isə növbəti Avropa Çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək.

Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanda qış idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirib. O, yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında iştirak etməkdən məmnunluğunu bildirib və gələcəkdə Azərbaycanla müxtəlif layihələrdə sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Seçilən
2
6
metbuat.az

8Mənbələr