AZ

Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü

Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb. Bank dünyanın ən nüfuzlu mükafat proqramlarından olan “Globee–Innovation Awards” tərəfindən “Customer Success–Outstanding Achievement of the Year” “Müştəri uğuru–İlin görkəmli nailiyyəti” kateqoriyasında qızıl mükafata layiq görülüb.

Bununla yanaşı, bank eyni kateqoriyada bütün beynəlxalq rəqibləri arasında ən yüksək balı toplayaraq “Best of Category”- “Kateqoriyanın ən yaxşısı” xüsusi mükafatını da qazanıb. Bu nailiyyət bankın müştəri təcrübəsini təkmilləşdirmək üçün tətbiq etdiyi innovativ yanaşmaların və həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.

Qeyd edək ki, 2003-cü ildən təşkil olunan və qlobal biznes ictimaiyyətində yüksək nüfuza malik olan “Globee Awards” proqramı müxtəlif sahələrdə innovasiya, liderlik və müştəri təcrübəsi kimi istiqamətlərdə əldə edilən üstün nailiyyətləri qiymətləndirir. Builki müsabiqədə 4 əsas və 1666 alt kateqoriya üzrə dünyanın müxtəlif ölkələrindən startaplar, KOBİ-lər, böyük şirkətlər və dövlət qurumları iştirak edib.

Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov qazanılan uğurla bağlı fikirlərini bölüşüb: “Biz “Müştəriyönümlü Transformasiya” layihəmizlə müştərilərimizə ən yüksək standartlara cavab verən, sürətli və şəffaf xidmət göstərməyi hədəfləyirdik. Beynəlxalq səviyyədə ən yaxşılar arasında seçilməyimiz, komandamızın peşəkarlığının və müştərilərimizə olan diqqətimizin nəticəsidir. Bu nailiyyət bizi gələcəkdə daha innovativ həllər tətbiq etməyə və müştəri məmnuniyyətini daha da yüksəltməyə ruhlandırır. Birlikdə daha böyük uğurlar qazanacağımıza inanıram”.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
20
banco.az

10Mənbələr