AZ

Macarıstanın mədəniyyət və innovasiya nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU da olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov qonaqlara universitetin elm, təhsil, innovasiya, mədəniyyət sahələrində fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. BDU-nun Macarıstan universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Nazir Balazs Hanko Azərbaycana səfərindən, ölkənin ən böyük və qədim ali məktəbi BDU-da olmaqdan məmnunluğunu bildirib, görüşün təşkilinə görə təşəkkür edib. O, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Qonaqlar BDU-da fəaliyyət göstərən “Ekoməkan”da olublar. Sonra qonaqlar BDU Elmi Kitabxanasının Azərbaycan-Macarıstan münasibətlərinə həsr etdiyi sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan və Macarıstan münasibətlərinə, enerji təhlükəsizliyi, tarix, mədəniyyət və ədəbiyyata dair 70-dən çox nəşr yer alıb.

Qonaqlar BDU-nun Heydər Əliyev muzeyini ziyarət ediblər. Nazir Balazs Hanko “Xatirə kitabı”na ürək sözlərini yazıb. Sonda nümayəndə heyəti BDU-nun Heydər Əliyev lektoriyası, Faydalı qazıntılar muzeyi, Mədəniyyət-Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azertag.az

2Mənbələr