AZ

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarix muzeyinin birgə təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə əlaqədar tədbir keçirilib FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarix muzeyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili, həmçinin “27 sentyabr Anım Günü” ilə əlaqədar tədbir keçirilib.Tədbirdə YAP Səbail rayon təşkilatının fəalları, Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları, şəhid ailələri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Videoçarxın ardınca tədbirin rəsmi açılışını edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ideyalarının bu gün uğurla davam etdirilməsi, Azərbaycanın suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev, siyasi varis olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, müstəqil və güclü dövlət quruculuğu yolunda mühüm tarixi addımlar atmışdır. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər bu siyasətin real nəticəsi olmaqla yanaşı, ölkəmizin tam suverenliyinin bərpası deməkdir.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də məhz bu ideoloji və tarixi xəttin davamı kimi dəyərləndirilmişdir.27 sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür. Bu gün biz qəhrəman şəhidlərimizi yad edir, onların ruhu qarşısında baş əyirik. Eyni zamanda fəxr edirik ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad etdi. Muxtar Nağıyev çıxışında həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu təşəbbüs Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, müstəqillik dəyərlərinin təbliği baxımından böyük tarixi əhəmiyyət daşıyır.Tədbirdə daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cənab Ceyhun Məmmədov çıxış edib. O, öz çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin milli həmrəyliyin, güclü rəhbərliyin və xalq–ordu birliyinin parlaq nümunəsi olduğunu bildirib. 27 sentyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Eyni zamanda xalqımızın suverenliyi və konstitusion dəyərləri uğrunda göstərdiyi fədakarlığı yüksək qiymətləndiririk, deyə Ceyhun Məmmədov qeyd edib.Tədbirdə çıxış edən Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tədbirin ictimai və elmi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və bu qəhrəmanlığın gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Nailə xanım çıxışında qeyd edib ki, muzeyin ekspozisiyalarında və sərgilərində milli yaddaşın qorunmasına xüsusi önəm verilir. O, həmçinin Cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsini gənclər üçün tarixi və hüquqi maarifləndirmə baxımından mühüm imkanlar yaratdığını qeyd edib.Çıxış edənlər 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gün olduğunu vurğulayıb, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.Tədbirdə Vətən Müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə xanım, Vətən Müharibəsi qazisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, Şuşa fatehi şəhid Səid Cəfərovun bacısı Aygün Cəfərova, Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Hüseynzadə Həmidağanın atası Bağı Hüseynov, və Vətən Müharibəsi şəhidi Fəqan Zalovun qardaşı, qazi Nicat Zalov çıxış edərək xalqımızın müstəqillik uğrunda göstərdiyi qətiyyət və həmrəylikdən, şəhidlərin qəhrəmanlığından danışıb, dövlətimizin güclü rəhbərliyi altında əldə edilən tarixi Zəfər haqqında ətraflı çıxışlar ediblər. Çıxışlarda şəhid ailələri və qazilər öz təcrübələrini, hiss və düşüncələrini bölüşərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıblar.Eyni zamanda tədbir iştirakçıları Cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsinin ölkənin dövlətçilik tarixində xüsusi rol oynayan hadisələrin və hüquqi dəyərlərin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildiriblər.Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatdırılıb. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
demokrat.az

7Mənbələr