AZ

Logistika habları Orta dəhlizin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır

Bakı. Trend:

Logistika habları Orta dəhlizin cəlbediciliyini əhəmiyyətlidərəcədə artırır.

Trend xəbər verirki, bunu Abşeron Logistika Mərkəzinin beynəlxalq daşımalardepartamentinin direktoru Nicat Əsgərov Bakıda keçirilən “Xəzər vəMərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika”mövzusunda konfransda çıxışında deyib.

Onun sözlərinə görə, əlavə dəyərli xidmətlərin tamdəyərlimərkəzləri kimi onlar Orta dəhlizin inkişafına dəstək olurlar.

“Söhbət müasir xidmətlərin kompleks paketindən gedir:konsolidasiyası, qablaşdırma və yenidən qablaşdırma, markalanma,dekonsolidasiyası, yüngül istehsal, həmçinin məhsulların birbaşaregiondakı terminallarda və hablarda saxlanılması imkanı”, - deyəNicat Əsgərov bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizdəki hablar təkcə ticarətiasanlaşdırmır, həm də onu fəal şəkildə formalaşdıraraq regiona dahaçox yükün və tərəfdaşların cəlb edilməsinə şərait yaradır.

Seçilən
11
az.trend.az

1Mənbələr