AZ

Maqnezium çatışmazlığı: Səbəblər, simptomlar və düzgün əlavələr

Uzun illər insanlar maqneziumun orqanizmə daxil olan miqdarını nəzərə almadan yaşayırdılar. Lakin qida sənayesinin sürətli inkişafı və işlənmiş məhsulların artması Qərb insanlarının rasionunda bu elementin azalmasına səbəb olub.

E-saglam.az xəbər verir ki, yetişkin insan orqanizmində təxminən 21–28 qram maqnezium var və bu, xaricdən alınmalıdır, çünki orqanizm onu sintez edə bilmir. Maqnezium əzələlərin, sinir sisteminin və zülalların əmələ gəlməsində, həmçinin qan şəkəri və təzyiqin tənzimlənməsində böyük rol oynayır. Uşaqlarda isə çatışmazlıq autizm, disleksiya, davranış pozğunluğu və diqqət əskikliyi ilə hiperaktivlik riskini artırır.

Maqnezium çatışmazlığının əsas səbəbləri aşağıdakılardır:

Yanlış qidalanma: Qida vasitəsilə kifayət qədər maqnezium alınmaması.

Zəif mənimsənmə: Həzm sistemi xəstəlikləri, hipotiroid, yüksək yağlı və işlənmiş qidalar, dəmir və kalsium çatışmazlığı, siqaret, spirt və narkotik istifadəsi.

Sidik yolu ilə itkilər: Diabet, tirotoksikoz, böyrək xəstəlikləri, sidikqovucu və bəzi hormon preparatları.

Artan tələbat: Hamiləlik, südvermə, intensiv idman, uzunmüddətli stress, böyümə dövrü, xroniki xəstəliklərin kəskinləşməsi.

Maqnezium əlavələrinin növləri aşağıdakılardır:

Maqnezium oksid: Ucuz, amma zəif mənimsənilir.

Maqnezium sitrat: Yaxşı əmilir, enerji artırır.

Maqnezium L-treonat: Beyin və mitoxondriyə nüfuz edir, yaddaşı dəstəkləyir.

Maqnezium qlisinat: Yuxusuzluğu aradan qaldırır, iltihabəleyhinə təsir göstərir.

Maqnezium malat: Xroniki yorğunluğu azaldır, səhər qəbul üçün uyğundur.

Maqnezium oratat: Ürək xəstəlikləri üçün effektivdir, bəzi xəstələr üçün tövsiyə olunmur.

Maqnezium taurat və aspartat: Ürək və əhval-ruhiyyə üçün, bəzi hallarda məhdudiyyətlərlə istifadə olunur.

İonlaşmış maqnezium: Həzm sistemi zəif olanlar üçün.

Maqnezium xlorid və sulfat: Dəri vasitəsilə istifadə olunur, gərginliyi azaldır, toksinləri çıxarır.

Qəbul qaydası: Başlanğıcda axşam 1 kapsul, dozanı tədricən artırmaq tövsiyə olunur. Günlük ehtiyac gün ərzində və həzm vəziyyətinə görə tənzimlənməlidir.

Qeyd edək ki, maqnezium çatışmazlığının qarşısını almaq üçün balanslı qidalanma və düzgün əlavələrin seçilməsi vacibdir.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr