AZ

Medvedevdən Zelenskinin fikirlərinə REAKSİYA: “Heç bir sığınacaq onlara kömək etməyəcək”

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da “Əgər Rusiya müharibəni dayandırmasa, Kremlə zərbələr endirilə bilər” fikirlərini səsləndirib. Onun sözlərinə görə, Kremlə işləməyə gedən məmurlar ən yaxın sığınacağın harada olmasını bilməlidirlər.

Bizim.Media xəbər verir ki, bu açıqlamaya Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev dərhal cavab verib:

“Bu mənfur başa düşməlidir ki, Rusiya elə silah tətbiq edə bilər ki, onlara heç bir sığınacaq kömək etməyəcək. Amerikalılar da bunu yadlarında saxlamalıdırlar.”

Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr