AZ

Yuventus Türkiyə millisinin üzvü üçün 100 milyon avro tələb edir

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Tutto Juve" məlumat yayıb.

London təmsilçisi Kenanın nümayəndələri ilə əlaqə saxlayıb. İtaliya klubu 20 yaşlı futbolçuya 100 milyon avro qiymət qoyub. 

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 9 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün "ağ-qaralar"la müqaviləsi 2029-cu ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
sportal.az

2Mənbələr