Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025)çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bərpaolunan enerjinin enerji sisteminə inteqrasiyasının birinci mərhələsi 2023-cü ildə həyata keçirilib, ikinci mərhələnin isə cari ilin sonunadək başa çatacağı gözlənilir.
"Növbəti mərhələdə ümumi gücü təxminən 1 qiqavat olan layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur - bunun 760 meqavati günəş, 240 meqavati isə külək enerjisi hesabına olacaq. Günəş enerjisi üzrə güclərin istifadəyə verilməsi 2026-cı ilə, külək enerjisi üzrə isə 2027-ci ilə planlaşdırılır.",-deyə o bildirib.