AZ

Dünyada ən çox ölümə səbəb olan xəstəliklər açıqlandı

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Vaşinqton Universitetinin alimləri dünyada insanların ən çox hansı səbəblərdən həyatını itirdiyini açıqlayıb.

Azpost.az xəbər verir ki, Global Burden of Disease adlı genişmiqyaslı araşdırmaya görə, hər üç insandan biri ürək-damar xəstəlikləri səbəbindən vəfat edir.

Tədqiqatçılar 1990–2023-cü illər ərzində 204 ölkədə 376 xəstəlik üzrə məlumatları analiz ediblər. Araşdırma göstərib ki, ürək-damar xəstəliklərindən ölüm halları bu dövrdə 13 milyondan 19,2 milyona qədər artıb.

Ən çox əlilliyə və ölümə səbəb olan xəstəliklər sırasında beyin qanaması, işemik insult, işemik ürək xəstəliyi və hipertonik ürək xəstəliyi ön plandadır.

Mütəxəssislər qeyd edirlər ki, bu xəstəliklərin əsas səbəbləri yüksək qan şəkəri, yüksək xolesterin, qan təzyiqinin yüksəlməsi və piylənmədir. Həmçinin, siqaret çəkmə, spirtli içkilərdən həddindən artıq istifadə, yanlış qidalanma və az hərəkətli həyat tərzi risk faktorları arasında göstərilir.

Araşdırmaya əsasən, bəzi bölgələrdə kişilər bu xəstəliklərdən qadınlara nisbətən daha çox dünyasını dəyişir. Xüsusilə 50 yaşdan yuxarı kişilər risk qrupuna daxildir.

Alimlər əlavə olaraq bildiriblər ki, havanın çirklənməsi də ürək-damar xəstəliklərindən ölümün əsas səbəblərindən biridir. Yalnız 2023-cü ildə hava çirkliliyi bu xəstəliklərdən təxminən 4 milyon insanın həyatına son qoyub.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azpost.info

2Mənbələr