AZ

DÖNƏR MÜBAHİSƏSİ! Türkiyə Almaniyaya UDUZDU

Türkiyə Avropa İttifaqına dönərin “ənənəvi delikates” kimi qeydiyyata alınması ilə bağlı müraciətini geri götürüb.

Musavat.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, gər bu müraciət qəbul olunsaydı, Avropada məşhur fast food növlərinin, o cümlədən Almaniyada yayılmış dönərin hazırlanması ciddi məhdudiyyətlərlə üzləşə bilərdi.

İstanbulda fəaliyyət göstərən Beynəlxalq Dönər Federasiyası “Udofed” dönərin yalnız türk reseptinə uyğun, Almaniyada geniş yayılan ət növləri, tərəvəz və souslar istisna olmaqla hazırlanmasını tələb edirdi.

Avropa Komissiyasının sözçüsü "Bild"ə açıqlamasında bildirib:

"Dönərin ənənəvi delikates kimi qeydiyyata alınması ilə bağlı müraciət 2025-ci il sentyabrın 23-də geri götürülüb. Bu, prosedurun avtomatik dayandırılması deməkdir".

Almaniya üçün bu, qələbə kimi qiymətləndirilir. Ölkə Türkiyənin tələblərinə rəsmi etirazını bildirib, keçmiş kənd təsərrüfatı naziri Cem Özdemir isə açıq şəkildə “alman dönərini” müdafiə edib.

Məhkəmənin nəticəsi Almaniyada təxminən 18 500 dönər restoranına təsir edib. Ekspertlərin hesablamalarına görə, müəssisələrin 80-90%-i öz yeməyini “dönər” adı ilə təqdim etmək hüququnu itirəcək.

Alman Dönər İstehsalçıları Birliyinin nümayəndəsi Erdoğan Koç isə bildirib:

"Almaniyada dönər müxtəlifliyinin qorunub saxlanmasından və hətta genişlənməsindən məmnunuq".

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr