Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:
Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant
Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant
Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant
Ağayev Vüsal Mirzağa oğlu – kapitan
Mövlamov Füzuli Saleh oğlu – kapitan
Musayev Mirvahid Mirələm oğlu – kapitan
Şaliyev Şahin Eldar oğlu – kapitan
Əliyeva Məsumə Teymur qızı – baş leytenant.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 sentyabr 2025-ci il