AZ

Elşad İbrahimli yenidən AƏFF prezidenti seçildi

Elşad İbrahimli bu gün yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) prezidenti vəzifəsinə seçilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının növbəti hesabat seçki konfransı keçirilib. Öncə AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib.

Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib. Bu etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən köhnə-yeni prezident növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.

Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.

error: Məzmun qorunur!
Seçilən
9
arena.az

1Mənbələr