1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransanın dövlət borcu güclü şəkildə artmağa davam edir. 2025-ci ilin ikinci rübündə borc 3.4 trilyon avronu və ya ÜDM-in (ümumi daxili məhsul) 115.6 faizini keçib. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.
Oxu.Az-ın "Le Figaro" nəşrinə istinadən xəbərinə görə, bunu sentyabrın 25-də INSEE statistika idarəsinin dərc etdiyi məlumatlar sübut edir.
Qəzet yazır ki, təkcə bu ilin ikinci rübündə Fransanın dövlət borcu 70.9 milyard avro artıb:
"Bu, birinci rübdə qeydə alınmış 3.345 milyard avro və ya ÜDM-in 114 faizini təşkil edən rekorddan sonra yeni milli rekorddur. Keçmiş baş nazir Fransua Bayrunun təbiri ilə desək, bu "Himalaylar" on ildən az müddətdə dövlət borcunun trilyon avro artması səbəbindən böyüyüb".