AZ

Hindistan İranla bağlı ABŞ-a XƏBƏRDARLIQ ETDİ: Bunu tələb edirsinizsə, siz də...

Hindistan Rusiya neftinin idxalını dayandırmaq üçün ABŞ-ın İran və Venesueladan xam neft tədarükünə tətbiq etdiyi sanksiyaların ləğv edilməli olduğu barədə Birləşmiş Ştatlara xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" gizli mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu həftə ABŞ-a səfər edən nümayəndə heyəti Birləşmiş Ştatlar rəsmiləri ilə görüşlərdə də bu tələbi təkrarlayıb.

“Hindistan nümayəndələri deyib ki, Rusiya, İran və Venesueladan neft tədarükünün eyni vaxtda dayandırılması qlobal qiymətlərin kəskin artmasına səbəb ola bilər”, - deyə mənbənin məlumatında qeyd olunub.

Seçilən
2
publika.az

1Mənbələr