AZ

BMT də maska çağırışı: Azərbaycanda da… KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Hollivud ulduzları Cennifer Qarner və Ben Afflekin 19 yaşlı qızı Vayolet Afflek Nyu-Yorkda BMT-də etdiyi çıxışla diqqət çəkib. Yel Universitetinin Devenport kollecinin birinci kurs tələbəsi olan Vayolet hesab edir ki, COVID-19 pandemiyasından beş il sonra belə maska, dezinfeksiyaedici və digər qoruyucu vasitələrin istifadəsi zəruridir. Onun fikrincə, yeni nəsil viruslar daha təhlükəli ola bilər.

Bəs, maska qaydalarının yenidən tətbiqi Azərbaycanda uğurlu ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, pandemiya insanlara xəstə olduqda özünü və ətrafını qoruma vərdişini qazandırıb:

“COVID sistemi bizi müəyyən bir disiplinə öyrəşdirdi. Əvvəllər insanlar xəstələnəndə belə məktəbə, işə gedir, ətrafdakıları yoluxdururdular. Pandemiyadan sonra isə maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə daha şüurlu şəkildə müşahidə olunur. Xəstə olan insanlar artıq maska taxır”, – deyə həkim vurğulayıb.

Lətifovanın sözlərinə görə, gələcəkdə hansısa xəstəliyin təkrarlanacağını və ya yeni virusların yaranacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil:

“Tibb inkişaf edir, amma xəstəliklərin təkrar yaranması barədə əvvəlcədən fikir söyləmək doğru deyil”, – deyə mütəxəssis əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
konkret.az

2Mənbələr