AZ

Binədə ölüm saçan sürücülərlə bağlı tədbirlər görülür - RƏSMİ

"Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində sürücülərin əksistiqamətli hərəkət yoluna çıxaraq nəqliyyat axınına qarşı hərəkət etməsinin videogörüntləri ilə bağlı Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır".


Manset.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.

"Yol hərəkəti qaydasını kobud şəkildə pozan və digər nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilir.

***

Bakının Xəzər rayonu Binə qəsəbəsində sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozublar.

Manset.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb.



Seçilən
4
manset.az

1Mənbələr