AZ

BDU və Türkiyənin Pamukkale Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Respublikasının Pamukkale Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a verilən məlumata görə, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Pamukkale Universitetinin rektoru Mahmud Güngör imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
azertag.az

4Mənbələr