AZ

Yeni Günəşliyə də metro ÇƏKİLƏCƏK

Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. 

Redaktor.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, stansiyanın inşa olunma tarixi və yerləşəcəyi ərazi Baş Plana uyğun  müəyyənləşəcək. 

Metropolitendən həmçinin bildirilib ki, Baş Planda 2040-cı ilədək Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.

Gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik və ya yenilik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
2
24
redaktor.az

10Mənbələr