AZ

2050-ci il üçün DƏHŞƏTLİ PROQNOZ: Xərçəngdən ölənlərin sayı 75% artacaq

2050-ci ilə qədər xərçəngdən ölümlərin sayı ciddi şəkildə arta bilər.

Musavat.com xəbər veirr ki, bu barədə “The Lancet” jurnalında dərc olunan araşdırmada bildirilir.

"Global Burden of Disease" (GBD) proqramının 2000-dən çox tədqiqatçısının hesabatına əsasən, 1990-2023-cü illərdə yeni xərçəng hadisələrinin sayı iki dəfədən çox artaraq 2023-cü ildə 18,5 milyon nəfərə çatıb.

Ölümlərin sayı isə 74% artaraq 10,4 milyon nəfərə yüksəlib.

Araşdırma göstərir ki, 2050-ci ildə yeni xərçəng diaqnozlarının sayı 30,5 milyon, ölümlərin sayı isə 18,6 milyon nəfərə çata bilər. Bu da müvafiq olaraq 61% və 75% artım deməkdir.

Tədqiqatın həmmüəllifi Liza Forsun sözlərinə görə, artımın əsas səbəbləri əhali yaşının artması və demoqrafik böyümədir.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr