BAKI, 25 sentyabr. TELEQRAF
HƏMAS silahı yerə qoymalıdır və onun Fələstini idarəsində yeri yoxdur.
Teleqraf xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.
"Biz daim bəyan etmişik və bu gün də deyirik ki, Qəzza Fələstinin ayrılmaz bir hissəsidir.Eyni zamanda biz orada idarəetmə və təhlükəsizliyə tam cavabdehlik götürməyə hazırıq",– Mahmud Abbas bildirib.