AZ

Allah mənə valideyn olmağı bəlkə ona görə qismət etmir

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meyxanaçı Rüfət Nasosnudan sözləri ilə insanları düşündürüb.

Milli.Az xəbər verir ki, "Günə Uğurla" verilişində qonaq olan sənətçi valideyn ola bilməməsindən və ata-ana sevgisindən danışıb.

Söz ustası təsirli açıqlamaları ilə diqqət çəkib:

"Bir manat itirirsən fikirləşirsən ki, hara qoymuşam. Adamın pişiyi öləndə depressiyaya düşür. Gör, övlad, ata-ana necə olar? Hamı eyni cür qarşılamır. Mən valideynlərinə sevgisi olan adamları bağrıma basaram. Anam çox "kaprizli" insandır. Dünyadakı 8 milyard insandan bəlkə də ən çətinidir. Ancaq anadır. Biz şad günlər olanda bir neçə gün oyaq qalırıq, yaxud 2-3 saat yatıb, key kimi oluruq. Bütün sistemimiz pozulur. Bu adam aylar-illərlə üstümüzdə əziyyət çəkib. 8-9 saat işləyib, Rüfətə gətirib veriblər. Rüfət də ora-bura xərcləyib. Birinə 10-15 manat verdikdə nə vaxt qaytaracağını düşünürsən. Valideyn olmaq başqa şeydir. O yükü daşıya bilməzdim mənə elə gəlir, bəlkə də ona görə Allah mənə valideyn olmağı qismət etmir. Çətin bir şeydir. Ata-anasını sevməyənlər it kimi peşman olacaqlar. İnsanların sağ ikən qədrini bilmək lazımdır. Məni sınmağa, əzilməyə qoymayıblar. Məndən əl çəkməyiblər. Çox ailələrdə olur ki, deyirlər bəsdir. Müəyyən bir sərhəddə dayanırlar. Ən əsas inamdır. Bütün münasibətləri möhkəmləndirir".

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
news.milli.az

3Mənbələr