AZ

Azərbaycan bu şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR

Şəhid ailələrinin və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin sosial siyasəti davamlı xarakter daşıyır.

Far.Az-in məlumatına görə, Azərbaycan dövləti bu məqsədlə hər il yüzlərlə ailəni yeni mənzillə təmin edir.

2025-ci ildə həyata keçirilən proqramlar və növbəti il üçün nəzərdə tutulan planlar isə həm sosial təminatın gücləndirilməsi, həm də vətəndaş məmnuniyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarından olan vətəndaşlarımıza hər zaman xüsusi qayğı göstərilib:

"Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən şəhidlərimizin ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı mühüm sosial dəstək proqramları icra olunur.

Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6.8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Bu sahədə işlər 2025-ci ildə də davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub".

Orxan Hüseyn

Seçilən
0
1
far.az

2Mənbələr