AZ

Şəkidə pulsuz müayinə keçirilib

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Şəki şəhərində ilk dəfə təşkil olunan "Şəki Sağlamlıq Günləri" çərçivəsində mühüm sosial əhəmiyyətli aksiya öz işinə başladı. Gün ərzində şəhid və qazilərin ailə üzvləri üçün genişmiqyaslı, ödənişsiz kardioloji müayinələr təşkil olundu.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə reallaşan və Şəki Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada müxtəlif ixtisaslardan olan həkimlər və tibbi personal iştirak etdi.

Onlar tərəfindən vətəndaşların ümumi sağlamlıq göstəriciləri yoxlanıldı, ürək-damar sisteminin vəziyyəti dəyərləndirildi, laborator analizlər aparıldı və peşəkar məsləhətlər verildi.

Müayinələrdə 200-dən çox vətəndaş iştirak edib.

ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova qeyd etdi ki, bu cür tədbirlər insanların sağlamlıq problemlərinin erkən aşkarlanmasına və vaxtında müalicəyə başlamasına imkan yaradır. Xüsusilə də şəhid və qazilərimizin ailə üzvlərinə göstərilən bu diqqət və qayğı dövlətin sosial siyasətinin tərkib hissəsi kimi qiymətləndirildi.

İştirakçılar təşkilatçılara minnətdarlıqlarını bildirərək, bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğuladılar. Müayinələrə Şəki ilə yanaşı, Qax, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Mingəçevir və Ağdaş rayonlarından gələn vətəndaşların da marağına səbəb oldu.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
baku.ws

2Mənbələr