AZ

Laos Baş Prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxıda səfərdə olub

Bakı. Trend:

Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun BaşProkuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyətiölkəmizdə işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Baş prokurorun birincimüavini Elçin Məmmədovun müşayiəti ilə Şamaxı şəhərinə səfəredib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Başprokurorluğundan məlumat verilib.

Bildirilib ki, qonaqlar Şamaxıda Şamaxı Cümə Məscidi, NəsirəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.

Nümayəndə heyəti həmçinin Nəsimi – Şeir, Mənəviyyat və İncəsənətFestivalında iştirak edərək ölkəmizin zəngin mədəni irsi vəincəsənət ənənələri ilə yaxından tanış olub, “Meysəri” şərabzavoduna isə baş çəkərək istehsal prosesi və yerli iqtisadi uğurlarbarədə məlumat alıblar.

Səfər zamanı qonaqlara Azərbaycanın müasir infrastrukturlayihələri, mədəni irsin qorunması sahəsində həyata keçiriləntədbirlər və iqtisadi nailiyyətlər barədə ətraflı məlumat verilib.Nümayəndə heyəti səfərin onlarda dərin və xoş təəssürat yaratdığınıvurğulayıb.

Azərbaycan ilə Laos arasında hüquqi sahədə əməkdaşlığınmöhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı layihələrinhəyata keçirilməsi perspektivləri səfər çərçivəsində diqqətmərkəzində olub.

Məqalədə:
Seçilən
19
4
az.trend.az

5Mənbələr