ABŞ Türkiyəyə qarşı sanksiyaları yaxın vaxtda aradan qaldıra bilər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
“Ərdoğana böyük hörmətim var. O, çox hörmətli bir şəxsiyyətdir. Onu Ağ Evdə qonaq etmək şərəfdir”, – Tramp əlavə edib.
Qeyd edək ki, Tramp Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəyə sanksiya tətbiq etmək qərarını 2020-ci il oktyabrın 14-də açıqlayıb.
MənbəREPORT