AZ

Lukaşenko "Oreşnik"lə bağlı suala “artıq yoldadır” sözləri ilə cavab verib

“Oreşnik” orta mənzilli ballistik raket kompleksi artıq Belarusa yola salınıb.

Qaziler.az  TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ümumdünya Atom Həftəsi beynəlxalq forumunun  plenar iclasında bildirib.

"Artıq yoldadır, hər şey yaxşı olacaq", - Belarus lideri jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

Sentyabrın 16-da Rusiya və Belarus “Zapad-2025” birgə təlimləri zamanı nüvə silahı və “Oreşnik” sistemindən istifadə edib. Bu məlumatı Belarus Baş Qərargah rəisi Pavel Muraveyko təsdiqləyib.

QAZİLER.AZ

Seçilən
70
qaziler.az

1Mənbələr