AZ

"Ayrılıqların səbəbi maddi dolana bilməməkdir"

"Qədim zamanlardan bəri qıza elçi gedəndə oğlanlardan başlıq pulundan tutmuş hər şey istəyirdilər. Mən onu verəcəyəmsə və qarşı tərəf də bir iş sahibi deyilsə, işləməyə çalışmırsa, gəlir yeri yoxdursa, bunun axırı necə olacaq? Sən mənə bax, mən də sənə. Hələ bu iki nəfərdən dünyaya övlad da var. O uşağın nə günahı var?".

Bizim.Media xəbər verir ki, bu sözləri "Elgizlə izlə" verilişində Əməkdar artist Nüşabə Ələsgərli deyib.

Sənətçi boşanmaların səbəbini cütlüklərin maddi sıxıntısı ilə əlaqələndirib:

"Mən pedaqoq olaraq sevgini, hissləri də dəyərləndirirəm. Amma real həyata açıq gözlə baxmaq lazımdır. Ayrılıqların səbəbi maddi dolana bilməməkdir. Nəsə istəyirlərsə, edə bilmirlər. Məsələn, kişi həftədə bir dəfə xanımını bulvara çay içməyə apara bilmirsə... Kişi pul qazanmalıdır". (axsam.az)

Bizim.Media

Seçilən
0
1
bizim.media

6Mənbələr