NATO-nun təhlükəsizlik tədbirləri çərçivəsində Türkiyə Rusiya PUA-larının hava məkanını dəfələrlə pozduğuna görə Litvaya müvəqqəti olaraq Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) təyyarəsini yerləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“NATO-nun təhlükəsizlik tədbirləri çərçivəsində bizim təyyarələrimiz sentyabrın 22-dən 25-dək Litvanın hava məkanında missiyalar yerinə yetirir”, – nazirlik bildirib.