AZ

Filarmoniyada “Dostluq” adlı i konsert baş tutub. - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Dostluq" adlı növbəti konsert baş tutub.

Bədii rəhbər və baş dirijor  Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, konsertmeyster Svetlana Əhmədova və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Yeganə Axundova ​və Emre Eryılmaz (tar, Türkiyə) dinləyicilər qarşısında çıxış edərək festivalın bu gününü öz ifaları ilə daha yadda qalan edib.

Azərbaycan və türk bəstəkarların əsərlərinin növbələşməsi konsert proqramına özünəməxsus rəng qatıb.

İlk olaraq orkestr  Üzeyir Hacıbəylinin "Cəngi" əsərini ifa etdikdən sonra musiqisevərlər solist Xalq artisti Yeganə Axundovanın ifasında Fikrət Əmirov, Andrey Babayevə məxsus piano və xalq çalğı alətləri orkestri üçün konsert  (üç hissədə) dinləyib.                                                
Daha sonra isə türkiyəli tarzən Emre Eryılmaz Orkun Zafer Özgelenin "Tarzənin" ( I hissə, ilk ifa) əsəri ilə çıxış edib.

Son olaraq konsert Sadi İşilayın "Sultaniyegah Sirto və Kevser hanım", "Nihavənd lonqa" əsərləri ilə başa çatıb.

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
1
milli.az

2Mənbələr