AZ

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” - Prezident

“Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etdi - VİDEO


2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olduğunu və ya yaralandığını xatırladan dövlətimizin başçısı deyib ki, bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.

Bizim.Media

Seçilən
0
23
bizim.media

10Mənbələr