Bakı. Trend:
Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞPrezidenti Donald Tramp arasında görüş baş tutub.
Trend xəbər verirki, Ağ Evdə keçirilən rəsmi qarşılanma mərasimindən sonra iki lidermətbuata birgə açıqlama verib.
Səfərini BMT Baş Assambleyası ilə paralel şəkildə reallaşdırdığıüçün məmnunluğunu ifadə edən Prezident Ərdoğan açıqlamasındamüxtəlif mövzuları müzakirə etmək imkanı əldə edəcəklərinə inamınıbildirib.
O deyib: “Donald Trampın hakimiyyətinin həm birinci, həm dəikinci dövründə Türkiyə-Amerika münasibətlərində fərqli bir prosesyaşanır. Onun da az əvvəl qeyd etdiyi kimi, istər F-35, istər F-16mövzusu, istərsə də “Halkbank” məsələsi ilə bağlı aramızdakıəlaqələri bu gün ətraflı müzakirə etmək fürsəti tapacağımızainanıram. Heybəliadakı ruhani məktəbi ilə bağlı isə üzərimizə nədüşürsə, onu yerinə yetirməyə hazırıq”.
ABŞ lideri Prezident Ərdoğanın möhtəşəm bir ordu qurduğunu vəonu Ağ Evdə qarşılamağın şərəf olduğunu bildirib: "Türkiyə iləçoxsaylı işlər görürük. Türkiyə əla məhsullar istehsal edir. Bizonlardan çox şey alırıq, onlar da bizdən çox şey alırlar".
BMT-də Prezident Ərdoğan və digər liderlərlə Qəzza mövzusundaçox yaxşı bir görüş keçirdiklərini qeyd edən Tramp bu məsələdərazılaşmaya doğru gedildiyini bildirib.
Prezident Ərdoğanın Putin və Zelenski tərəfindən böyük hörmətləqarşılandığını xatırladan ABŞ Prezidenti hər kəsin, o cümlədənözünün də Prezident Ərdoğana hörmət bəslədiyini ifadə edib.
İki lider arasındakı görüşdə Türkiyə–ABŞ münasibətlərinin bütünaspektləri ilə müzakirəsi, eləcə də ötən il iki ölkə arasında 35milyard dollar olan ticarət dövriyyəsinin 100 milyard dollaraçatdırılması və bu istiqamətdə qarşılıqlı investisiyalarınartırılması üçün atılacaq addımların ön plana çıxmasıgözlənilir.
Bununla yanaşı, iki liderin görüşündə İsrail-Fələstin vəRusiya-Ukrayna qarşıdurmaları başda olmaqla, bölgədəki mövcudböhranların həlli, Suriyadakı vəziyyət kimi aktual məsələlərin dəyer aldığı bildirilir.