AZ

Tikinti işi ilə məşğul olanlara YENİ ƏNGƏLVİDEO

Ev tikintisi aparan şəxs həyətindən çıxan torpaq və qumu daşıya bilmədiyini deyir. Daha doğrusu, yük avtomobili sürücüləri daşımaqdan imtina edirlər.

Belə bir problemlə paytaxtın Sabunçu rayonu Ləhiş bağlar massivində ev tikmək istəyən şəxs üzləşib. Bu barədə tikintini icra edən inşaat mühəndisi Hüseyn Qulamov ''Xəzər Xəbər''ə danışıb.

O, iddia edir ki, paytaxt ərazisində xüsusən də dənizkənarı bağlarda ev tikərkən bünövrə qazıntısı zamanı torpaqdan çox qum çıxır. Qazılan hissədən çıxan qumu ev sahibi kənara daşıyarkən bir sıra problemlərlə üzləşir.

İddialara görə, polis həmin yük avtomobili sürücüsünü saxladıb, dəniz kənarında qanunsuz qum yığıb aparması ilə bağlı ona cərimə yazır. Buna görə də bir çox yük avtomobili sürücü bundan imtina etdiyindən ev tikintisi ilə məşğul olan briqadaların işi çətinləşir. Onlar bünövrə qazıntısı zamanı çıxan qum tikinti sahəsində qaldığı üçün aylarla gözlədiklərini deyirlər.

Hüseyn Qulamov deyir ki, onlar dövlət qurumları tərəfindən icazəsi və çıxarışı olmayan torpaq sahəsində tikinti aparmırlar. Yəni bütün işləri qanunidir. ''Yerin təki haqqında'' qanun 17-ci maddəsində də qeyd edilir ki, torpaq sahibləri tərəfindən istifadəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən partlayış işləri aparmadan 5 metr dərinlikdə qazıntı işi görməklə onun kənara daşınmasını apara bilər. O da bildirildi ki, hər gün bu cür problemlə bəlkə də yüzlərlə şəxs üzləşir.

Bəs vətəndaşlar həyətlərindən çıxan qumu necə daşımalı və hansı sənədləri əldə etməlidirlər?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
xezerxeber.az

1Mənbələr