AZ

WhatsApp istifadəçilərinə xəbərdarlıq - Bu sözlərdən istifadə etdikdə yazışmalarınız birbaşa oxunur

Son illər sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Facebook, Instagram, Telegram, WhatsApp və digər platformalarda milyonlarla insan gündəlik ünsiyyət qurur, şəxsi fikirlərini bölüşür. Lakin çoxlarının bilmədiyi vacib məqam var. Müəyyən sözlərdən və ifadələrdən istifadə etdikdə mesajlarınız xüsusi alqoritmlər vasitəsilə avtomatik izlənilə və oxuna bilər.

Sosial media platformaları müxtəlif səbəblərlə (təhlükəsizlik, terrorla mübarizə, saxta məlumatların qarşısını almaq, reklam hədəfləməsi və s.) istifadəçilərin yazışmalarını süni intellekt və xüsusi filtr sistemləri ilə analiz edir.

Mütəxəssislərin sözlərinə görə, mesajlarda müəyyən sözlərdən istifadə etdikdə yazışmalar xüsusi alqoritmlər tərəfindən avtomatik izlənilir.

Bəs yazışmalar nəyə görə izlənilir?

Təhlükəsizlik və terrorla mübarizə məqsədilə riskli sözlər ("bomba", "silah", "narkotik" və s.) filtrlənir.

Saxta məlumatların və fırıldaqçılıq linklərinin yayılmasının qarşısı alınır.

Reklam hədəfləməsi üçün istifadəçilərin maraqları təhlil edilir.

Unutmaq olmaz ki, heç bir sosial platformada məxfilik tam qorunmur. Zarafat və ya sadə ifadə belə şübhəli kimi qəbul edilə bilər. Araşdırmalar onu sübut edir ki, məlumat sızmaları zamanı şəxsi yazışmalar ifşa ola bilər.

Necə qorunmalı?

Həssas sözlərdən açıq söhbətlərdə çəkinin.

Şəxsi məlumat paylaşmayın.

Şifrəli messencerlərdən (məsələn, Signal) istifadə edin.

Hesablarda iki faktorlu qoruma aktiv edin.

Sosial mediada yazılan heç bir mesaj 100% gizli deyil. Bu səbəbdən də, əgər gizli sözləriniz olarsa, onu canlı ünsiyyət quraraq çatdırmağa çalışın. Yoxsa, sizin gizlətdiyiniz sirlər bir anda hər kəsə bəlli ola bilər. \\BAKU.WS 

Seçilən
0
3
hurriyyet.az

4Mənbələr