AZ

İlham İsmayıl saxlanılıb

Ekspert İlham İsmayıl saxlanılıb.

APA xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Onun polis tərəfindən saxlanıldığı bildirilir.

Hələlik barəsində qətimkan tədbiri yoxdur.

İlkin məlumata görə, o, xaricdə yaşayan oğlu ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, İlham İsmayılın saxlanması barədə xəbəri ilk olaraq unikal.az yayıb.

Xatırladaq ki, İlham İsmayılln oğlu Cavidan İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. O zaman onun 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada yaşadığı üçün İnterpol axtarışına verilib.

2023-cü ildə isə C. İsmayılzadə İnterpol xətti ilə Çexiyada tutulub. Bir müddət sonra sərbəst buraxılıb.
Seçilən
20
6
sherg.az

10Mənbələr