NASA 2025-ci il astronavt hazırlığı proqramı üçün seçilmiş 10 namizəddən ibarət siyahını təqdim edib.
Ölkə.az xəbər verir ki, Agentliyin tarixində ilk dəfə olaraq siyahıda qadınların sayı kişilərdən çoxdur – nisbət 6-ya 4-dür.
Namizədlik üçün 8 mindən çox amerikalı müraciət edib. Seçilmiş 10 finalçı iki il davam edəcək intensiv təlim proqramından keçəcək və bundan sonra aşağı Yer orbitinə, Ay və Marsa uçuşlar üçün namizəd ola biləcəklər.
Siyahıda ən gənc iştirakçılar Nyu-York ştatından İmelda Müller və Kentukkidən Erin Overkeşdir. Hər iki qadın 34 yaşındadır.
Təlim proqramına robototexnika, quru və su şəraitində sağ qalma bacarıqları, geologiya, xarici dillər, kosmik tibb və fiziologiya daxildir. Namizədlər həmçinin açıq kosmosa çıxış simulyasiyalarında və reaktiv təyyarə uçuşlarında iştirak edəcəklər.(axsam.az)