AZ

Bakı məktəblərində işləmək istəyənlərin nəzərinə


Sentyabrın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə qeydiyyat başlanır.
Gender.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər sentyabrın 29-u saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.
Müsahibə mərhələsinə dəvət zamanı qeydiyyatdan keçən namizədlərin müvafiq ixtisas üzrə pedaqoji təhsili, iş stajı və yaşayış yerinin uyğunluğuna üstünlük veriləcək.
Uyğun namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

Seçilən
6
7
gender.az

10Mənbələr