AZ

Ağsu Mərkəzi Xəstəxanasının yeni direktoru Gülnarə Muxtarova qısa vaxtda ciddi müsbət dəyişikliklər edib..


Ulu öndər Heydər Əliyev həkimlər haqqında deyib:

“Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.

Ulu Öndərin dediyi kimi cəmiyyətimizə, vətəndaşlarımıza, xalqımıza lazım olan, şərəfli həkim  adını layiqli  daşıyan həkimlərimizdən biri də Ağsu Rayon Mərkəzi Xəstəxanasının  direktoru Gülnarə xanım Muxtarovadır.

Məlumat üçün qeyd edə ki, Gülnarə Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.

1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.

Və həmişə vətəndaşların, işlədiyi kollektivin dərin hörmətini qazanıb.

Bütün bunları  nəzərə alan TƏBİB-in rəhbərliyi 2024-cü ilin sonunda yüksək  etimad göstərərək  Gülnarə Muxtarovanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edib.

Onu da qeyd edək ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasındakı vəziyyətlə bağlı vətəndaş şikayətləri, narazılıqlar bitmək bilmirdi. Həm xəstəxananın kollektivində, həm də xəstələr-pasiyentlər tərəfindən ciddi narazılıqlar var idi.

Gülnarə Muxtarova vəzifəyə təyin olunan ilk günlərdən  kollektivdə sağlam mühit yarada bildi. Günün istənilən vaxtında özü xəstələrə baş çəkir məsləhətlərini verir. Ən önəmlisi  odur ki, Gülnarə xanım şəhid  ailələrinə, Qarabağ Mühariəsi  veteranlarına  xüsusi qayğı ilə yanaşır.

Bir  sözlə, Gülnarə Muxtarova  az  vaxtda Ağsu sakinlərinin böyük hörmətini qazanıb. Və Ağsu  Rayon Mərkəzi Xəstəxanasında xəstə-pasiyent məmnunluğu, keyfiyyətli tibbi  xidmət  yüksək səviyyədədir.

Sonda onu da qeyd edək ki, bu yazı Ağsu sakinlərinin fikirləri əsasında yazılı.

Biz də öz  redaksiyamız  adından Gülnarə həkimə uğurlar diləyirik.

 


Seçilən
4
1
nuh.az

2Mənbələr