Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir. "Xəzər Xəbər"ə müraciət edən şikayətçi deyir ki, əməliyyatı "Uğur-777" estetik klinikasında həkim Firuzə Əliyeva icra edib.
Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından bu dəfə o, "Uğur-777" estetik klinikasınınn rəhbəri Xəyal İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasınım tövsiyə edib. Bu dəfə isə əməliyyat daha da ağır fəsadla nəticələnib.
Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan Cəlalə Rüstəmova hazırda çarəsiz vəziyyətdə olduğunu deyir. Nə ödənişi geri qaytarılır, nə də dərdinə çarə tapılır. Onu əməliyyat edən həkimin i sə paytaxtın digər özəl klinikalarında fəaliyyəti davam etdiyini iddia edir.
İddialarla bağlı "Uğur777" estetik klinikasının həkimi Firuzə Əliyeva ilə telefon əlaqəsi saxladıq. Maraqlıdır ki, o əməliyyatı başqa həkimin etdiyini bildirdi.
Gülbadə Abdullayeva ilə də əlaqə saxladıq. O, Firuzə Əliyevanın səsləndirdiyi fikirlərin yanlış olduğunu və kamera görüntülərinin Baş Prokurorluğa təqdim olunduğunu qeyd edib.
"Uğur -777"estetik klinikasının rəhbəri Xəyalə İsmayılova isə "Xəzər xəbər"ə bildirdi ki, Cəmalə Rüstəmovanın şikayəti ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Baş Prokukorluqdan isə bildirildi ki, qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işinin araşdırılması davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Daha ətraflı videomaterialı təqdim edirik:
3Mənbələr
-
demokrat.azBədən şəkilləndirmədən sonra bədəni çürüyür — "Əslində həkim yox, aşpaz imiş" (VİDEO) ( 21746725)
-
milli.azBədən şəkilləndirmədən sonra bədəni çürüyür, ana olmaqdan da məhrum oldu - "Əslində həkim yox, aşpaz imiş" - VİDEO ( 21746524)
-
xezerxeber.azBədən şəkilləndirmədən sonra bədəni çürüyür, ana olmaqdan da məhrum oldu - TƏFƏRRÜATLARVİDEO ( 21741985)