AZ

Putin Kremldə Paşinyanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, ötən gün Putin və Paşinyan Ümumdünya Atom Həftəsi çərçivəsində Moskvada keçirilən Qlobal Atom Forumunda iştirak ediblər. Forumda Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Myanma Prezidenti səlahiyyətlərini icra edən Min Aunq Hlainq, İranın vitse-prezidenti Məhəmməd Eslami, Efiopiyanın Baş naziri Abiy Əhməd, Özbəkistanın baş nazirinin müavini Cəmşid Xocayev, həmçinin tərəfdaş ölkələrin müvafiq qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Forum zamanı Lukaşenko təklif edib ki, Paşinyana nüvə texnologiyalarının inkişafı ilə bağlı Minsk və Moskvadan kömək istəsin.

Seçilən
0
5
publika.az

6Mənbələr