Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və İslandiya ilə keçirəcəyi oyunlar üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bunun üçün oktyabrın 2-də mətbuat konfransı təşkil olunacaq.
Fransa Futbol Federasiyasının ofisində baş tutacaq tədbir zamanı baş məşqçi Didye Deşam media nümayəndələri önünə çıxacaq və qarşıdakı matçların iştirak ərizəsini açıqlayacaq.
Oktyabrın 10-da Parisdə millimizi qəbul edəcək Fransa yığması üç gün sonra Reykyavikdə İslandiyanın qonağı olacaq.