AZ

Millimizin eks oyunçuları yeni peşə seçdi - FOTOLAR

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də keçiriləcək.

Aursda Azərbaycan milli komandasının sabiq üzvləri Maksim Medvedev, Elvin Məmmədov, Ağabala Ramazanov, Rail Məlikov, Vüqar Nadirov, Rəşad Eyyubov, Rasim Ramaldanov və Rauf Əliyev də iştirak edir.





Seçilən
8
sportinfo.az

1Mənbələr