AZ

Bu gözəlin böyük iddiasına bax! - FOTOLAR

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti postuna sensasion namizəd ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, qurumun tarixində ilk dəfə qadın seçki yarışına qoşulub.

28 yaşlı Laura Villars sosial şəbəkələrdə namizədliyini açıqlayaraq mediaya müraciət edib:

"Mən daha demokratik, şəffaf, qadınlar və gənclər üçün açıq idarəçilik istəyirəm. Avtomobil idmanına müxtəliflik və innovasiya lazımdır ki, yeni nəsli ilhamlandırsın".

Qeyd edək ki, Villars Cenevrədə anadan olub, menecment üzrə diplomu var və aktiv şəkildə avtoidmanla məşğuldur.

O, karyerasına "Ultimate Cup"da başlayıb, daha sonra "Formula 4" BƏƏ, "Ferrari Challenge Europe" yarışlarında iştirak edib, hazırda isə Avropa Liqier seriyasında çıxış edir.

Həmçinin sürət mövzularında "YouTube" kanalı var və elit daşınmaz əmlak sahəsində çalışıb.

FİA prezident seçkiləri 2025-ci il dekabrın 12-də Daşkənddə keçiriləcək. İndiki rəhbər Məhəmməd Ben Sulayem rəqibsiz favorit sayılırdı. Lakin Villarsla yanaşı, keçmiş FİA stüardı Tim Meyer də namizədliyini irəli sürüb.

"The Race"-in məlumatına görə, Villars hələ rəsmi ərizə təqdim etməyib, amma artıq beş bənddən ibarət seçki platformasını dərc edib.

EXCLUSIVE

SPEED

Exclusive:

Visionary

Seçilən
7
1
sportinfo.az

2Mənbələr