AZ

ABŞ-dan İNANILMAZ TƏKLİF

NASA alimləri də daxil olmaqla, arXiv-də beynəlxalq alimlər qrupu 2024 YR4 asteroidini nüvə zərbəsi ilə məhv etməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə komandanın saytında yerləşdirilmiş araşdırmada qeyd olunub.

Alimlər 2024 YR4 asteroidinin Ayla toqquşmasının qarşısını almaq üçün iki variant irəli sürüblər: birincisi — asteroidin orbitini dəyişmək, ikincisi isə kosmik cismi nüvə silahı ilə məhv etmək. İkinci variant üçün bir meqaton gücündə nüvə bombası kifayət edər.

Komanda asteroidlə bağlı yekun qərarın 2028-ci ilin sonunda, onun Yerə yaxınlaşmasından sonra verilməsini təklif edir.

Bundan əvvəl NASA bildirmişdi ki, 2024 YR4 asteroidinin 2032-ci ildə Ayla toqquşma ehtimalı 4,3% təşkil edir.

Seçilən
9
publika.az

1Mənbələr