AZ

KİV: Tramp Sorosu həbs etməyi tapşırıb

BAKI, 26 sentyabr. TELEQRAF

Əgər maliyyəçi Corc Sorosun və “LinkedIn”in həmtəsisçisi Rid Hoffmanın solçu radikalları maliyyələşdirdiyi təsdiqlənərsə, onların qanunla bağlı problemləri olacaq.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Soros - əlbəttə ki, tez-tez eşitdiyim bir addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir şəxs haqqında eşidirəm... Əgər onlar bu şeyləri maliyyələşdirirlərsə, onların problemləri olacaq", - o bildirib.

Tramp solçu radikalları ABŞ-də siyasi terrorizmin artmasında, xüsusilə siyasi fəal Çarli Kirkə sui-qəsd cəhdində günahlandırıb.

“The New York Times”ın yazdığına görə, ABŞ-nin baş prokuroru Pem Bondi terrorizmin maliyyələşdirilməsinə görə Sorosa qarşı istintaqın başlanılmasında israr edir. ABŞ Ədliyyə Nazirliyi bir neçə dairədə federal prokurorlardan Corc Sorosun “Open Society Foundations” fonduna qarşı istintaq planları hazırlamağı tələb edib. Qəzet iddia edir ki, Tramp Sorosu “həbsə atmağı” tapşırıb.

Seçilən
76
teleqraf.com

1Mənbələr