
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə, həmçinin Fələstin–İsrail münaqişəsi və BMT-də islahatların aparılması mövzularına da toxunulub.
E. KAMAL